Modern.az

Ermənistan-Türkiyə sərhədi açılır? - Rəsmi CAVAB

Ermənistan-Türkiyə sərhədi açılır? - Rəsmi CAVAB

Dünya

10 Fevral 2025, 22:40

Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib edib.

 

Modern.az-ın məlumatına görə, Nazirliyin mətbuat katibi Ani Badalyan bildirib ki Marqara sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur.

 

Ermənistan tərəfi bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə məlumat verəcəklərini açıqlayıb.

 

***

20:40

Ermənistanla Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi martın 1-də açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.

 

Qeyd edək ki, sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasının mümkünlüyü ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi