Modern.az

Keçmiş deputat “Mercedes”ini satışa çıxartdı - FOTO

Keçmiş deputat “Mercedes”ini satışa çıxartdı - FOTO

18 Yanvar 2014, 16:13


Sabiq deputat Nazim Məmmədov “Mercedes” markalı markalı avtomobilini satışa çıxarıb. Modern.az saytının xəbərinə görə, Nazim Məmmədov bu barədə Facebook-dakı profilində elan verib.

“Belə rahat, gözəl maşına müştəri çıxmır ki, maşınımızı təzələyək. Gəl ay müştəri...”-deyə eks-deputat bildirib.

Modern.az əməkdaşı ondan maşının qiymətini soruşub. Nazim Məmmədov avtomobilini 55-60 min dollar qiymətə satışa çıxardığını və müştəri olsa, fazisiz kreditə də verə biləcəyini vurğulayıb.

Eks-deputat almaq istədiyi yeni avtomobil haqda da məlumat verib: "Almaniyada “Mercedes”in  2014-cü il modeli məni gözləyir”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir