Modern.az

Əsəd 11 min əsiri güllələnməkdə ittiham olunur

Əsəd 11 min əsiri güllələnməkdə ittiham olunur

21 Yanvar 2014, 12:01


Suriya ordusu ilə üsyançılar arasında 3 il ərzində baş verən qarşıdurma nəticəsində edam olunan 11 nəfərin ölümü ilə bağlı hakimiyyət məsuliyyət daşıyır. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda keçmiş hərbi prokurorların komissiyasının hesabatında qeyd edilir. Araşdırma Suriyada keçmiş hərbi fotoqrafın çəkdiyi yüzlərlə şəkil əsasında aparılıb. Fotoların müəllifi komissiyanın üzvünə deyib ki. edam olunanların əksəriyyətində güclü döyülmə nəticəsində insanların əldən düşdüyü qeydə alınıb. Onların çoxunu hərbçilər boğaraq öldürüblər.

  Prezident Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən üsyançılarla ordu arasında döyüşlər 2011-ci ildə başlayıb. BMT-nin rəsmi məlumatına görə, bu müddətdə 100 min adam qarşıdurmanın qurbanı olub. bir neçə milyon insan isə doğma yurd-yuvasının məcburən tərk etməli olub.    

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır