Modern.az

ABŞ İran – Türkiyə razılaşmasından məmnun deyil

ABŞ İran – Türkiyə razılaşmasından məmnun deyil

Təhsil

18 May 2010, 12:26

Türkiyə, Braziliya və İran arasında imzalanmış uranın zənginləşdirilməsinə dair razılaşma Amerikanı qane etməyib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ağ evin rəsmi nümayəndəsi Robert Gibbs Tehranda keçirilmiş danışıqlar və əldə olunmuş razılaşmaya dair yazılı bəyanatla çıxış edib.  Uranın zənginləşdirilməsi məsələsinin Türkiyədə həyata keçirilməsini müsbət qarşılayan Ağ ev bununla belə, qeyd edir ki, bu müqavilə İranın nüvə problemindən doğan qayğıları həll etmir.  Gibbs bəyan edib ki, Tehranda əldə olunmuş 3 tərəfli razılaşma beynəlxalq birlik tərəfindən qiymətləndirmədən öncə, sənədi Atom Enerjisi üzrə Beynəxlaq Agentliyə (MAQATE) göndərmək lazımdır. Gibbsin açıqlamasında qeyd olunur ki, uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsi BMT qərarlarının pozulması deməkdir. Gibbs bir daha İranın beynəlxalq öhdəlikləri yerinə yetirməsinin vacibliyini bildirib,  əks halda  tərəfdaşlarla birlikdə İrana qarşı sanksiyalar məsələsinin bir daha gündəmə gətiriləcəyini  deyib.

 

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filli  Krouli də bəyan edib ki, İranın MAQATE-yə təqdim edəcəyi hesabatı görmədən Tehranda əldə olunmuş razılaşmanı qiymətləndirməyəcəklərini bildirib. Türkiyə və Braziliyanın səylərinə yüksək qiymət verdiklərtni deyən Krouli İranın nüvə proqramında tərəqqi əldə olunmasına inanmadıqlarını dilə gətirib. Onun sözlərinə görə, son razılaşma İrana qarşı sanksiyalar mexanizminin tətbiq olunmaması üçün yetərli deyil. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi