Arxiv
21 Yanvar 2014, 13:51 | MÜSAHİBƏ
Portuqaliyada çalışan 32 yaşlı azərbaycanlı alim: “Azərbaycanda alimlər mədəni olaraq türmə vəziyyətində saxlanılır” - MÜSAHİBƏ


Modern.az
saytı elm aləmindəki problem və perespektivləri işıqlandırmaqda davam edir. Budəfəki müsahibimiz Azərbaycanın ən gənc elmlər doktorlarından olan və elmi fəaliyyətini hazırda Portuqaluiyada davam etdirən kimyaçı alim Kamran Mahmudovdur.

Mahmudov Kamran Talıb oğlu 01.01.1980-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində ziyalı ailəsində anadan olub.  Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında 1998-ci ildə 3-cü, 1999 və 2000-ci ildə 2-ci və 2001-ci ildə 1-ci yerin qalibi olub.

2003-cü ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olub. 2006-cı ildə «b-Diketonların aztörəmələrinin mis(II) ilə əmələ gətirdiyi komplekslərin tədqiqi və analitik tətbiqi» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək  fəlsəfə doktoru alimlik dərəcəsi  alıb.  32 yaşında  isə elmlər doktoru adına sahiblənib. İndiyə qədər 85 elmi məqalə (60-ı qərbin nüfuzlu jurnallarında), lokal və beynəlxalq konfranslarda 70 tezisi nəşr olunub. Bu işlərin əksəriyyətində Dr. Kamran T. Mahmudov cavabdeh müəllifdir. Onun işlərinə 479 dəfə istinad edilib.

- Lissabonda elmi fəaliyyətiniz necə davam edir?

-
Əvvəla, bu müsahibə üçün sizə dərin təşəkkürümü bildirirəm. Fikrimcə, insan üçün fərqi yoxdur, Lissabonda olsun ya da dünyanın başqa bir məkanında, əgər o istədiyi, sevdiyi peşəylə məşğul olursa, bu ona zövq verəcək. Konkret olaraq məndən bəhs etsək, işlərim hədsiz çoxdur, hətta harada olduğumu unutmuşam! Çox xoşbəxtəm, 2013-cü ildə beynəlxalq jurnallarda 16 məqaləm çıxdı. Bundan başqa, 2014-cü ilin başlanğıcında daha bir məqaləm yüksək impakt faktora malik jurnalda qəbul edildi. İmpakt faktor haqqında onu demək istəyirəm ki, bu göstərici müasir elmdə, beynəlxalq aləmdə ən optimal qiymətləndirmə sistemi hesab edilir, yəni işin keyfiyyətini ifadə edir. Bu mənə yaxşı stimul verir başlanğıc üçün, başqa səbəblər də var ...

- Sizcə, Azərbaycanda elmin inkişafının qarışısını alan səbəblər hansılardır?

- Elmin inkişafının qarşısını çoxlu kompleks problemlər alır. Bu sahədə qısa müddətə inqilab etmək mümkün deyil, ancaq bu o demək deyil ki, biz zamanı gözləməliyik, yaxud kimsə bizim elmimizi gəlib inkişaf etdirəcək. Problemləri aşağıdakı punktlar vasitəsilə ifadə etməyə çalışacağam:
1. Əsas məsələ ondan ibarətdir ki, dünya elmi ədəbiyyatı ingilis dilindədir. Ona görə də, hesab edirəm ki, orta məktəblərdə ingilis dilli bölmələr yaradılmalıdır. Tezliklə bütün ölkə üzrə ingilis dilli təhsilə keçmək lazımdır. Çünki yeni elmi fikirləri orijinal mənbədən əldə etməliyik. İndi vəziyyət isə belədir. Əvvəlcə Qərb elmində çıxan yenilik təqribən 5 il sonra rus dilinə tərcümə olunur, ondan da 1-3 il sonra Azərbaycana çatır, yəni biz orijinal ideyanı 10 il sonra görürük. Bu elmdə çox böyük geriləməyə səbəb olur. Mənim şəxsi fikrim odur ki, Azərbaycan bölməsi ilə paralel ingilis dilli bölmələrin yaradılması tək elm sahəsi üzrə deyil, bütün sahələr üzrə vətənimizin inkişafına güclü təsir göstərəcək, bu xususi əhəmiyyətli məqamdır;

2. Ali məktəblərdə yaxşı elmi bazalar yaradılmalıdır, məsələn,  Bakı Dövlət Universitetindəki kimi. Yəni orada ən azı müasir elmi iş görmək üçün lazım olan vasitələr mövcuddur. Türkiyədə, Çində və başqa inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da böyuk universitet şəhərcikləri yaradılmalıdır;

3. Bakalavr mərhələsindən sonra ali təhsil almış oğlanlara magistraturaya sənəd vermək üçün hərbi xidmətdən möhlət hüququ vermək lazımdır, onsuz da onlar qəbul olunmasalar yenə hərbi xidmətə gedəcəklər,  yəni  burada 3 ay itki məsələsi var. Əks təqdridə, o mühitdən ayrılan insanın elmə qayıtması çətin olur. Bundan başqa magistraturadan sonar doktorantura mərhələsinə keçiddə də möhlət hüququ olmalıdır. İnsanların şansını, həyatını belə yararsız qanunlarla məhv etmək olmaz;

4. Birmənalı olaraq, Azərbaycan dilində mövcud olan elmi jurnallar yığışdırılmalıdır. Reallıq ondan ibarətdir ki, orada yazılan elmi işlərdən dünyada heç kimin xəbəri yoxdur;

5. Bütün universitetlərdə beynəlxalq elmi jurnallara və axtarış sistemlərinə giriş təmin edilməlidir. Bu xidmətlərin bahalı olmasına rəğmən buna sərmayə qoymağa dəyər;

6. Elmlə təhsil bir yerdə olmalıdır, yəni,  akademiyanın bütün institutları uyğun profil üzrə ali məktəblərə verilməlidir. Akademiya Avropadakı kimi formal qrum olmalıdır ki, orada da dünya elmində sözünü demiş insanlar təmsil olunmalıdırlar. Məsələn, H-indeksi 30-dan yüksək olan, xaricdə özünün elmi qrupunu yaratmış və tanınmış azərbaycanlı alimlər Akademiyanin üzvü olmalıdırlar. Qeyd edim ki, bunlar kifayət qədərdirlər. Yəni Tomson “Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində H-indeksi 30-dan aşağı olan insan heç o Akademiyanın həyət qapısına da yaxın düşməyə cəsarət etməməlidir. Keyfiyyət göstəriciləri yüksək olan alimlər isə ölkə elminin strategisayını müəyyən etməlidirlər.

7. Fikrimcə, ISI Web of Knowledge axtarış sistemində 5 məqaləsi çıxmayan doktoranta fəlsəfə doktoru, 40-dan çox məqaləsi olmayana isə elmlər doktoru adı verilməməlidir. Yəni Ali Attestasiya Komissiyası bu sistemdən geniş istifadə etməlidir;

8. Görün vəziyyət nə həddədir ki, akademiyada “turniket sistemi” tətbiq edilir, yəni alimlər mədəni olaraq türmə vəziyyətində saxlanır. Alim sərbəst olmalıdır. Hesab edirəm ki, bu məsələni çox sadə yolla həll etmək olar məsələn, kimya üzrə fəlsəfə doktoru ildə ISI Web of Knowledge sistemində görsənən jurnallarda 2 məqalə çıxarmalıdır,  yoxsa o insan işini daimi itirməlidir. Elmlər doktoru isə 4 və s. Yəni məqsəd nəticəyə hesablanmalıdır. İmkan vərmək lazımdır ki, alimlər altıncı və bazar günləri də işlədiyi müəssisəyə daxil ola bilsin. Həm də müəlliflərin sayına məqalələrdə qadağa qoyulmalıdır. Başqa elm sahələrində isə məqalələrin sayını artırıb və ya azaltmaq olar. Yəni ilin sonunda sənin hesabatından asılı olaraq növbəti ildə davam edəcəyin və ya dayanacağın məlum olmalıdır. Kimsə təyin olunmuş kriteriyanı 1 aya həll edə bilirsə bu da məqbul hesab edilməlidir. Sonra şəxsin 11 ay işə gəlib və ya gəlməməsi onun öz işidir. Məsələn burada biz bəzən gecə saat 02.00 kimi işləyirik.

9. Sabah başqa səbəb də deyə bilərəm çünki sabah bu gün olmayacaq!


- Hazırda Lissabonda çalışırsınız. Oradakı elmin inkişafı ilə buradakı elmin inkişafı
arasındakı fərqdən danışa bilərsinizmi?

- Sözsuz ki, fərqlər var, məsələn dünya ədəbiyyatında 1900-2014-cü illər arası Portuqaliyanın adı ilə 309854, Bütov Azərbaycanın adı ilə isə 14437 elmi iş var. Ancaq əhalinin sayı demək olar ki, eynidir (təkcə Şimali Azərbaycanı nəzərdə tutsaq). Portuqaliyanın elmə aid özünün xüsusi qanunları yoxdur. Avropa Birliyinə daxil olduqları üçün hamısının elmə yanaşması demək olar ki, eynidir. Onların da müxtəlif fondları var, ancaq qiymətləndirmə çox şəffaf olur, qiymətləndirmək üçün ölkə daxilinə heç bir müsabiqə sənədi göndərilmir. Bundan başqa bütun universitetlərdə istənilən vəzifə üçün internetdə açıq elan verilir, 2-3 ay əvvəldən dünyanın bütün nöqtəsindən hamı sənəd təqdim edə bilər. Sonra kimin CV-si güclüdürsə, həmin post onun olur. Təsadüfi deyil ki, çoxlu Portugaliya vətəndaşının qazana bilmədiyi postları xarici vətəndaşlar tutur. Məsələn bizim qrupda 25 nəfərdən 17-dən çoxu Portuqaliya vətəndaşı deyil. Yəni bu müsabiqələrin sayəsində hər kəs layiq olduğu yerdə olur, yekunda həmin ölkə qazanır.

- Azərbaycanda keçməyən layihəniz ABŞ-da ən yaxşı elmi jurnallarda çap olunur və ona istinad da edilir. Buna nə ad vermək olar?

- Buna sadəcə olaraq özbaşınalıq demək olar, yəni  mən istədiyimi edirəm,  məndən heç kəs hesab sora bilməz. Bu bəzi "alimlərin" beynində formalaşmış steriotipdir. İndi də XIX əsrdən məlum olan projeni maliyyələşdirirlər. Reallıq odur ki, mənim üçün bütün dünya açıqdır!

- Azərbaycan elminin gələcək potensialının qarşısını alan səbəblər hansılardır?

- Əvvəldə qeyd etdiyimiz problemlər həll olunarsa, istədiyimiz nəticəyə nail ola bilərik. Bundan başqa bütün təşkilatlar yəni universitetlər və ya tədqiqat institutları hər bir elmi məqaləyə görə müəllifə yaxşı qonarar verməlidirlər. Məsələn, Çində impakt faktoru 1.00 olan jurnalda məqalən çıxıbsa, universitet 1000 avro verir. İmpakt faktor 2.00 olduqda isə 2000 avro və s. beləcə davam edir. Yəni insanlar marağı olduğu üçün bütün günü tədqiqatla məşğul olur. Bu isə həmin universitetin dünya universitetlərinin reytinq cədvəlindəki yerinə təsir edir. Ölkənin elmini inkişaf etdirmək üçün insanlarda maraq olmalıdır. Təbiətin tarazlığını gözləmək üçün elm sahəsində çalışan insan cəmiyyətdə hamıdan yaxşı yaşamalıdır.

 - Avropadan baxanda Azərbaycan elmi nəyə bənzəyir?

- İki formada görsənir: 1) dünyadakı prosesləri duyub və müasir elmi iş görməyə cəhd edən insanlar, təəssif ki, bunlar çox azdır; 2) "yumurtanın" içində özünü "alim" hesab edənlər. Acınacaqlı hal odur ki, bu tiplər ümumiyyətlə,  heç kimi dinləmək qabiliyyətində deyillər. Məsələn, bir gənc doktorant onun elmi rəhbərinin verdiyi mövzunu adi "google " axtarış sistemində yoxlayib, görüb ki, məlumdur. Vəziyyəti elmi rəhbərinə deyəndə, onun cavabı nə olub bilirsiniz? "Sən məndən çox bilirsən! Nə deyirəm onu et" və hirsini o gəncin üzərinə töküb. Bu Azərbaycan elmi üçün ağlamalı bir epizoddur.

- Elm nədir? O, bəşəriyyətin inkişaf mexanizmində nə kimi rol oynayır?

- Elm çoxarqumentli funksiyadır. O arqumentlərin hamısını bilmək mənim imkanlarım daxilində deyil. Düzgün və sağlam həyat, vicdanlı olmaq, bəşəriyyət üçün yeni nə isə etmək, vətənini sevmək, sevdiyini yaşatmaq!... - bu və bu kimi ifadələr elmin özünəməxsus məqamlarının ifadəsidir.

- Elmlərin inteqrassiyası bu gün nə dərəcədə lazımdır?

- İndiki dövrdə elmləri ayrı-ayrılıqda təsəvvür etmək mümkün deyil. Artıq onlar bir-birinə inteqrasiya olunub. Məsələn,  müasir kimyanı riyaziyyat, kristalloqrafiya və fizikanın metodları olmadan təsəvvür etmək mümkün deyil. Artıq istənilən elm sahəsi "multidisciplinary" (çoxistiqamətli) xarakterlidir, ona görə də onun digərləri ilə kəsişməsi təbiidir. Təsadüfi deyil ki, elmlərin kəsişməsində yaranan yeni elmlər sahəsindəki kəşflər daha çoxdur nəinki onların özlərində.

- Gənc həmkarlarınıza tövsiyələriniz...

- Öz işinə tənqidi yanaşmaq, heç kimi təkrar etməmək. Həyatını sözün həqiqi mənasında elmə həsr etmək. Əgər bu belə deyilsə geri çəkilmək, özünü və ətrafındakıları aldatmamaq gərəkir.  İnnovativ olmaq və fərqli fikrləri analiz etmək bacarığını tövsiyə edərdim.

- Vətəndə sizin qarşınızı kəsən adamlar oldumu?

- Xeyr, mən həmişə böyüklərin hörmətini saxlamışam. Yəni öz həddimi bilmişəm və onlar da mənə öz balaları kimi münasibət bəsləyiblər. Qeyd edim ki, "elmi dilin" varsa, həyat hər mənada gözəldir. Hər kəsə uğurlar diləyirəm.

Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55