Kür çayında suyun səviyyəsində artım və sel təhlükəsi davam edir. "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib ki, təbii fəlakət bölgəsində vəziyyət təhlükəli olaraq qalır. Əhməd Əhmədzadənin sözlərinə görə, kifayət qədər texnika və canlı qüvvə olmasına baxmayaraq, vəziyyət hər an nəzarətdən çıxa bilər.
Qeyd edək ki, bu gün Kürdə suyun səviyyəsi 2 santimetr qalxıb, ən əsas gərginlik isə “Sarısu” gölü ətrafinda müşahidə olunur.
ANS-in bölgə müxbirinin məlumatına görə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Şirvanda məskunlaşan Sabirabad sakinlərinin öz kəndlərinə qaytarılmaları barədə yayılan məlumatları təkzib edib. O, bildirib ki, əhali heç yerə köçürülməyib.