Modern.az

Əməliyyat zamanı canlı yayım açan cərrah Nazirliyə ÇAĞIRILDI

Əməliyyat zamanı canlı yayım açan cərrah Nazirliyə ÇAĞIRILDI

Ölkə

19 Fevral 2025, 11:05

Bir müddət əvvəl cərrah  "TikTok" sosial şəbəkəsindəki səhifəsində əməliyyat zamanı canlı yayım açan cərrah  Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb.

Məlumata görə, Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib.

Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok”da canlı yayım açıb. Görüntülər "unikal" saytında dərc edilmişdi.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır