Modern.az

Jirinovski Ukraynanı iki yerə parçaladı

Jirinovski Ukraynanı iki yerə parçaladı

22 Yanvar 2014, 15:15


Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski hesab edir ki, Ukrayna prezidenti Viktor Yanukoviç cinayət təqibindən çəkindiyi üçün hakimiyyəti verməyəcək. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu gün Dövlət Dumasında çıxış edən Jirinovski Ukrayna ilə bağlı proqnoz verib: “Yanukoviç hakimiyyəti verməyəcək, bu baş verərsə, onu Timoşenko kimi həbsxanada oturdacaqlar, Bizimlə getməyəcək, ona Qərbdən dilənçi payı almaq sərfəlidir, Qərblə də getməyəcək, ona görə ki, onlar da onu həbs etdirəcəklər. Bu bizim üçün daha bir neçə il irinli yara olacaq”.

RLDP lideri hesab edir ki, Ukrayna dini prinsiplərlə iki yerə ayrılmalıdır: Katoliklər – Qərbə, pravoslavlar – Şərqə: “Mən Rusiya imperiyası vaxtındakı situasiyadan çıxış edirəm: əgər Kiyev, Jitomir, Bessarabiya quberniyası olubsa, amma heç bir Maydan, heç bir Timoşenko, heç bir Kliçko olmayıb. Siz, yoxsullar kimi Avropa kilsələri kandarında dayanın: Brüssel pul verir, Moskva pul verir. Siz yad torpaqda özgə pulu hesabına yaşayırsınız. Donbas - bu, Rusiyadır, Krım - bu, Rusiyadır,  Odessa-bu, Rusiyadır, Dnestryanı-bu, Rusiyadır, sizin torpağınız Lvovdur. Orada yaşayın, orada balaca Ukrayna dövləti olacaq və tam sakitlik yaranacaq”.

Jirinovski Ukraynaya iqtisadi yardımın da əleyhinə çıxıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir