Modern.az

Xocalı həsrəti sona çatan sakinlərin SAYI

Xocalı həsrəti sona çatan sakinlərin SAYI

Qarabağ

26 Fevral 2025, 11:26

Böyük Qayıdış proqramı çərçivəsində Xocalı rayonuna indiyədək 164 ailə (766 nəfər) köçürülüb.

Modern.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 52 ailə (204 nəfər) Xocalı şəhərinə, 112 ailə (562 nəfər) isə Ballıca kəndinə yerləşdirilib.

Qeyd edək ki, Xocalı şəhərinə ilk köç 2024-cü il mayın 27-də həyata keçirilib. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib. Məcburi köçkünlərin geri dönüşü mərhələli şəkildə davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə