Modern.az

Rusiyanın birinci şəxsləri “Mercedes”dən “ZİL”ə keçir

Rusiyanın birinci şəxsləri “Mercedes”dən  “ZİL”ə keçir

Təhsil

18 May 2010, 19:12

 

Yaxın vaxtlarda Rusiyanın  birinci şəxsləri  “Mercedes” və ya BMW –lərdən imtina edəcək. Modern.az “İTAR-TASS”-a istinadən xəbər verir ki, Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin artıq “Zİl”  avtomobilindən istifadə edəcək. Agentliyin məlumatına görə, bu barədə Rusiya Prezident Administrasiyasının işlər müdiri  Vladimir Kojin bildirib. Onun sözlərinə görə, Medvedevin işlər idarəsinin avtoparkı üçün  “ZİL” markalı yeni avtomobillərin alınması barədə tapşırığı var. “Biz “ZİL” markalı yeni avtomobili görmüşük, hazırda  bu məsələləri  dərindən öyrənirik. Yaxın vaxtlarda bizim yeni  maşınlarımız olacaq”deyən Kojin əlavə edib ki,  dövlətin birinci şəxsləri üçün nəzərdə tutulmuş yeni “ZİL”lər artıq ictimaiyyətə in təqdim olunub.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi