Modern.az

"Ukrayna, biz səninləyək” - Avropadan DƏSTƏK

"Ukrayna, biz səninləyək” - Avropadan DƏSTƏK

Dünya

1 Mart 2025, 00:44

Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə ediblər.

Modern.az onlardan bəzilərini təqdim edir:

Avropa İttifaqı Şurasının Prezidenti: “Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen: “Güclü olun, cəsarətli olun, qorxmaz olun”.

İspaniyanın Baş naziri Pedro Sançes: "Ukrayna, biz səninləyək”.

Polşanın Baş naziri Donald Tusk: “Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”.

Fransa Prezidenti Emmanuel Makron: “Bir təcavüzkar var, o, Rusiyadır, hücuma məruz qalan insanlar isə Ukraynadır”.

Almaniyanın kansler namizədi Fridrix Mert: "Hörmətli Volodimir Zelenski, biz yaxşı və imtahana çəkildiyimiz vaxtlarda Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi