Modern.az

Erməni müdafiə naziri lovğalandı: “Qarabağ münaqişəsi hərbi yolla artıq həll olunub”

Erməni müdafiə naziri lovğalandı: “Qarabağ münaqişəsi hərbi yolla artıq həll olunub”

24 Yanvar 2014, 14:33

Ermənistan və beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün hər şeyi edir. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib.

Onun sözlərinə görə, müharibə təhlükəsi həmişə var və erməni tərəfi buna hazırdır: “Amma obyektin yanaşsaq, indiki halda hərbi əməliyyatların təhlükəsini biz kifayət qədər az qiymətləndiririk”.
Ohanyanın iddiasına görə, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla artıq həll olunub: “Bu müharibəyə cəlb olunaraq biz özümüzü müdafiə etməyi bacarmışıq”.

Azərbaycan tərəfinin son günlər Dağlıq Qarabağa münasibətdə təxribat cəhdləri ilə bağlı suala gəldikdə, Ohanyanın fikrincə, araşdırmalar göstərir ki, situasiyanın gərginləşməsi hansısa görüşlə bağlıdır. Onun sözlərinə görə, indiki gərginlik Azərbaycanda qeyd edilən “qara yanvarla” bağlıdır:

“Onlar bunu edərək hətta başa düşmürlər ki, nə vaxtsa qara gün və genosid erməni xalqına qarşı həyata keçirilib”.

Müdafiə nazirinin sözlərinə görə, erməni tərəfindən adekvat cavab alacağından və böyük itki verəcəyindən çəkinən Azərbaycan tərəfi fasiləsiz atəşi davam etdirir:

“Biz bu atəşlərə cavab vermirik, yalnız snayperlərin hərəkətlərinə cavab veririk. Beynəlxalq strukturlar situasiyaya müvafiq reaksiya verməlidirlər və Azərbaycan rəhbərliyi anlamalıdır ki, sülh danışıqlarının alternativi yoxdur”.

Göründüyü ki, Ermənistanın müdafiə naziri çox nikbin danışır və Qarabağ müharibəsindəki uğura görə öyünür. Amma bu danılmaz faktdır ki, ermənilər Qarabağ müharibəsində öz gücləri hesabına uğur əldə etməyiblər və indi hərbi əməliyyatlar bərpa olunarsa, kənar dəstəksiz məğlub duruma düşəcəklərini yaxşı bilirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir