Modern.az

Gürcüstanın müxalifət lideri soydaşlarımızla görüşüb

Gürcüstanın müxalifət lideri soydaşlarımızla görüşüb

Təhsil

19 May 2010, 09:54

Gürcüstan Xristian-demokrat partiyasının lideri Giorgi Tarqamadze Bolnisidə azərbaycanlılarla görüş keçirib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, görüşdə yerli sakinlər uzun illərdir həll edə bilmədikləri problemlər barədə danışıblar. Soydaşlarımız xüsusən ekoloji problemləri qeyd ediblər. Bolnisidə onkoloji  xəstəliklərin, uşaqlar arasında ölüm hallarının çoxalmasından danışılıb. Bu barədə statistik məlumatların çox həyəcanverici olduğu bildirilib. Torpaqların qeyri-bərabər paylanması da soydaşlarımızı narahat edir. Onlar təsərrüfat  mallarını bazarlara çıxarılması problemindən, eləcə də əhaliyə satılan mavi yanacağın qiymətinin baha olmasından şikayətləniblər.   Tarqamadze qarşıdan gələn seçkilərdə majoritar namizəd Yelena Qoqebaşvilini əhaliyə təqdim edib.  Tarqamadze qeyd edib ki, Gürcüstanın bütün  vətəndaşlarının maraqlarının bərabər təmin olunması təmsil etdiyi partiya üçün prioritet vəzifədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi