Modern.az

Türkiyədə erməni məktəbində yanğın

Türkiyədə erməni məktəbində yanğın

24 Yanvar 2014, 23:07

Modern.az xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə İstanbulun Fatih rayonunda gecəqondularda baş verən yanğın həmin evlərə bitişik, ermənilərə məxsus özəl məktəbədə böyük həyəcan yaşatdırıb. Yanğın zamanı məktəbdə dərs keçirilirmiş. Tüstünün məktəbə dolduğunu görən müəllimlər şagirdləri məktəbdən çıxardıblar və yanğının söndürülməsində fəal iştirak ediblər. Gecəqondulardakı yanğın yanğınsöndürənlər tərəfindən 30 dəqiqə ərzində tamamilə söndürülüb. “Mynet” informasiya agentliyinin müxbirinə yanğınla bağlı 86 nəfərin təhsil aldığı məktəbin milliyətcə erməni olan müəllimi həyəcanla və millətinə xas olan şişirtmə ilə açıqlama verib: “Biz dərsdəydik. Qəfil yan tərəfdən yanğının baş verdiyini gördük. Uşaqlar çox qorxdular. Tüstüyə bürünmüş məktəbdən uşaqları tez təxliyə etdik və yanğını söndürməyə başladıq”.


İlham Cəmiloğlu

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir