Arxiv
19 Noyabr 2009, 14:24 | QARABAĞ
Dövlət Dəstəyi Şurası ilə Dövlət Dəstəyi Fondunun ofis problemi qalmaqdadır

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılan zaman hər iki qurumun ofis məsələsi prioritet götürülmüşdü. Ancaq hələ ki, bu qurumların heç birinə ofis verilməyib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin Modern.az saytına verdiyi məlumata görə, indiyədək aidiyyatı qurumlar tərəfindən onlara bir neçə ofis təklif edilib: «Bizə ilkin olaraq üç yerdə ofis təklif edilib. Mən həmin ofislərə baxmışam, amma heç biri xoşuma gəlməyib. Elə yerdə ofislər təklif edilmişdi ki, onların təmirinə külli miqdarda vəsait lazım idi. Hələ ki, icarə əsasında olan ofisimizdə hər bir şəraitimiz var. İcarə pulu dövlət tərfindən ödənilir. Əgər münasib yerdə və yaxşı şəraiti olan oifis təklif edilsə, biz ora köçəcəyik». V.Səfərli deyib ki, yaxın gələcəkdə Fonda ofis veriləcəyinə ümid edirlər.

V.Səfərli bu sahədə adiyyatı qurumların iş apardığını qeyd edib. O, qurumun özünün ofisinin olmasının vacibliyini deyərək Nazirlər Kabinetinin bununla bağlı göstəriş verdiyinin də söyləyib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov da Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Şuraya bir neçə ofisin təklif edildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı iş aparılır: «Bizə indiyədək bir neçə ofis təklif edilib. Şura rəhbərliyi həmin ofislərin hamısına baxış keçirərək birinin üzərində dayanmışdı. Həmin bina keçmiş Karl Marks heyəklinin yaxınlığında yerləşirdi. Lakin bu bina Təhsil Nazirliyinin balansında olduğu üçün onun Şuranın tabeliyinə keçirilməsi mükün olmadı. Bu gün də Şuraya özəl ofisin verilməsilə bağlı iş davam etdirilir. Yəqin ki, münasib yer olduğu zaman bizə təklif ediləcək».

F.Qurbanov qeyd edib ki, dövlət tərəfindən şuraya xüsusi qayğı göstərilir: “Bizim təşkilatın yaxşı şəraitli ofisdə fəaliyyət göstərməsi dövlətin də marağındadır. Normal şəraiti olan ofislər çox azdır. Ümidvarıq ki, yaxın vaxtlarda bu problem həll olunacaq».

 

Günay Musayeva
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59