Modern.az

Bağlı qapı arxasında qalan yeniyetmə xilas edildi - Video

Bağlı qapı arxasında qalan yeniyetmə xilas edildi - Video

Aktual

7 Mart 2025, 09:28

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Modern.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə olan 2012-ci il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?