Modern.az

İtkin düşmüş şəxslərin ailələri ilə görüş keçiriləcək

İtkin düşmüş şəxslərin ailələri ilə görüş keçiriləcək

Aktual

10 Mart 2025, 10:32

İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq.

Modern.az xəbər verir ki, bunu İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

O bildirib ki, burada olmağının əsas məqsədlərindən biri məhz itkin düşmüş şəxslərin ailələri ilə görüşməkdir:

"İtkin düşmüş şəxslərin tapılması ailələr üçün önəm daşıdığı qədər, həm də sülhün göstəricisidir. Data sisteminin və DNT sahəsində proseslərin inkişafı Azərbaycan üçün zəruridir. Bununla yanaşı, Ermənistanla əməkdaşlıq da vacibdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?