Modern.az

Heydər Əsədov “Qaynar xətt” yaratdı

Heydər Əsədov “Qaynar xətt” yaratdı

27 Yanvar 2014, 12:44

Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Prezidentin 16 yanvar 2014-cü il tarixli 221 saylı sərəncamının 1.7-ci bəndinin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində “1652” nömrəli “Qaynar xətt” yaradılması ilə bağlı əmr imzalanıb.

Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Əmrdə vətəndaşlardan daxil olan zənglərin operativliyini təmin etmək məqsədilə nazirliyin müvafiq qurumlarına tapşırıq və tövsiyələr verilib.

Vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin “1652” nömrəli “Qaynar xətt”inə zəng etməklə öz arzu və istəkləri, qarşılaşdıqları problemlərlə bağlı nazirliyin müvafiq qurumlarına müraciət edə bilərlər.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir