Modern.az

Prezidentlərin və eks-prezidenlərin hobbiləri - FOTOLAR

Prezidentlərin və eks-prezidenlərin hobbiləri - FOTOLAR

27 Yanvar 2014, 22:57

Yəqin ki, dünyada elə bir adam tapılmaz ki, sevdiyi məşğuliyyəti olmasın. Bəs dünyanın tanınmış siyasətçilərinin hobbiləri nədir?

Modern.az saytı bununla bağlı maraqlı məlumatları təqdim edir.


Ukrayna prezidentinin hobbisi göyərçin saxlamaqdır. Viktor Yanukoviç hal-hazırda 20 göyərçin saxlasa da, baş nazir olduğu dövrdə 200-dən artıq göyərçini olub.


Lukaşenkonun
ən çox sevdiyi məşğuliyyət xokkey oynamaqdır. Belarus prezidenti gənc yaşlarından bu idman növünə üstünlük verib.

Rusiyanın baş naziri şəkil çəkməyi sevir. Medvedev xarici səfərlərində belə şəxsi fotoaparatı ilə şəkil çəkməyə vaxt ayıra bilir.


Rusiya prezidenti əsasən idmanın cüdo və sambo növlərinə üstünlük verir. Hətta Putinin sevdiyi hobbisi ilə bağlı “Cüdonu Vladimir Putinlə öyrənirik” adlı kitab da işıq üzü görüb.


Amerika prezidenti Obamanın hobbisi pivə hazırlamaqdır. Seçkiqabağı görüşlərin birində öz istehsal etdiyi bir şüşə pivəni seçicisinə hədiyyə etməyini amerkalılar bu gün də təbəssümlə xatırlayır.


Almaniya kansleri Angela Merkel yaşadığı evin həyətyanı sahəsindəki bağşasına qulluq etməyi özünün ən sevdiyi məşğuliyyət hesab edir. Xanım siyasətçi həmçinin güclü futbol azarkeşidir.


Qazaxstan prezidentinin hobbisi opera müsiqisinə qulaq asmaqdır. Nursultan Nazarbayev həmçinin qədim rus romanslarını və milli xalq mahnılarını ifa etməyi də sevir.


İngiltərənin baş nazirinin sevimli məşğuliyyəti ov etmək və fitbol oynamaqdır. Devid Kameronun hobbisi həm də velosiped sürməkdir. O, baş nazir seçilənə qədər iş yerinə velosipedlə gedirmiş.


Ukraynanın sabiq prezidenti Yuşenkonun hobbisi arıçılıqla məşğul olmaqdır. Sabiq prezidentin atası və babası da arıçılıqla məşğul olublar.


Gürcüstanın eks-prezidenti Saakaşvilinin sevdiyi məşğuliiyət şərab çəkməkdir. Sabiq prezident vəzifədən getdikdən sonra öz sevimli hobbisinə daha çox vaxt ayırmağa qərar verib.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi