Modern.az

Nazim Məmmədov öz dairəsindən deputatlığa namizədliyini irəli sürəcək

Nazim Məmmədov öz dairəsindən deputatlığa namizədliyini irəli sürəcək

19 May 2010, 14:40

Parlament seçkilərinin 7 noyabrda keçiriləcəyi barədə rəsmi qərar olsa da, hələki seçki prosesinə start verilməyib. İyun ayından başalayaraq yəqin ki, prosesə start veriləcək, dairələr təsdiq olunacaq. O zaman bilinəcək ki, kim harda öz namizədliyi verməli olacaq. Bununla belə artıq indidən bəzi dairələr üzrə namizədlər tədricən müəyyənləşməkdədir. Bir sıra tanınmış simaların hansı dairədən namizəd olacağı məlumdur. 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini hazırda Milli Məclisdə təmsil edən deputat Nazim Məmmədov bu il yenə də namizədliyini irəli sürəcək. Modern az-ın əməkdaşı ilə söhbət zamanı N.Məmmədov namizədliyini təkrarən 104 saylı Gədəbəy-Tovuz dairəsindən irəli sürmək haqda düşündüyünü gizlətməyib. Deputat bildirib ki, 5 ildir bu dairəni parlamentdə təmsil edir, seçicilər onu, o da seçiləri yaxşı tanıyır, arada qarşılıqlı etimad formalaşıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir