Modern.az

Ekspert: “Baş nazirin istefası Ukraynada böhranı həll etməyəcək”

Ekspert: “Baş nazirin istefası Ukraynada böhranı həll etməyəcək”

28 Yanvar 2014, 16:43

Baş nazir Nikolay Azarovun istefası müxalifətin və mitinq keçirən vətəndaşların əsas tələbləri deyildi, buna görə də Nazirlər Kabinetinin rəhbərinin dəyişdirilməsi Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması ilə nəticələnməyəcək. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasev deyib.

Bu gün baş nazir Nikolay Azarov ölkədəki böhranın nizamlanması naminə istefa verib. Karasevin sözlərinə görə, müxalifət baş nazirin və bütövlükdə hökumətin istefasını hakimiyyəti bir tərəfdən kompromisə yaxınlaşdırsa da, əsas şərt hesab etmir.

Politoloq hesab edir ki, hakimiyyət Kiyevin mərkəzində və digər şəhərlərdəki kütləvi iğtişaşlardan ötən ilin dekabr ayında baş nazir Nikolay Azarovu istefaya göndərməklə yayına bilərdi. 


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?