Modern.az

Müdafiə Nazirliyi: Erməni kəşfiyyat qrupunun bələdçisi ələ keçirilib

Müdafiə Nazirliyi: Erməni kəşfiyyat qrupunun bələdçisi ələ keçirilib

28 Yanvar 2014, 22:46


Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərfindən ələ keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti hazırda saxlanılan erməni əsirinin fəaliyyəti ilə bağlı araşdırma aparıldığını bəyan edib.

Ermənistan mətbuatı isə Mamiko Xocayanın psixi xəstə olduğunu iddia edib. Bildirilir ki, Onun Ermənistanın Tavuş rayonunun 77 yaşlı sakini psixi xəstə kimi dispanserdə qeydiyyatdadır və təsadüfən sərhədi azaraq Azərbaycan tərəfə keçib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi