Modern.az

BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Azərbaycana gəlir

BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Azərbaycana gəlir

Təhsil

19 May 2010, 17:50

BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kaelin 19-24 may 2010 tarixləri arası Azərbaycana növbəti dəfə səfər edəcək. Qeyd edək ki, onun ölkəyə sonuncu səfəri 2007-ci ilin aprel ayında olub. Məlumatı Modern.az-a BMT-nin İctimai İnformasiya Departamentindən veriblər.

 

“ Mən məcburi köçkünlərin ümumi vəziyyəti, onların müdafiəsi və ehtiyaclarının qarşılanması istiqamətində edilən işlər ilə maraqlanacaq həmçinin sonuncu səfərimdən sonrakı 3 il ərzində bu sahədə əldə olunan irəliləyişlə tanış olacağam ”-deyə Kaelin bildirib. O, hökumətin davamlı dəstəyinin əhəmiyyətini vurğulayaraq məcburi köçkünlərin özlərini müstəqil şəkildə təmin etmə imkanlarının artırılmasına yönəlmiş dövlət proqramlarını gücləndirilməsi və genişləndirilməsi nəticəsində onları yenidən cəmiyyətin aktiv və məhsuldar üzvlərinə çevrilmələri üçün real imkanlar yaratmağa səsləyib.   

 

Səfər zamanı Kaelin hökumət nümayəndələri, BMT rəsmiləri həmçinin vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət mənsubları ilə görüşlər keçirəcək. Bundan əlavə, o, məcburi köçkünlərin məskunlaşdıqları müxtəlif ərazilərə baş çəkəcək və məcburi köçkünlərlə görüşəcək.

 

BMT baş katibinin nümayəndəsi səfər zamanı hazırlanan ilkin qeydləri  24 may 2010 tarixində keçiriləcək mətbuat konfransında təqdim edəcək. Hesabat isə 2011-ci ilin mart ayında İnsan Hüquqları üzrə Şuraya təqdim ediləcək.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır