Modern.az

İran Ərdoğanı günahlandırır

İran Ərdoğanı günahlandırır

29 Yanvar 2014, 13:22

Baş nazir Ərdoğanın Tehran ziyarətinin başlamasından bir neçə saat əvvəl İrandan Ərdoğana Suriya mövzusunda sərt bir mesaj gəldi.

Modern.az sayti Türkiyə KİV-nə istinadən verdiyi məlumata əsasən, “İran və Türkiyə ikitərəfli əlaqələrdə yeni bir mövsümə hazırlaçır” deyən İranın dini lideri Ayətullah Əli Xameneinin İnqilab Gözətçiləri nümayəndəsi Abdullah Sadiqi Baş nazir Ərdoğanın Suriya böhranında oynadığı rolu tənqid edərək, "Türkiyə baş naziri son zamanlara qədər Suriya böhranından daha çox İsrailin kuklası kimi hərəkət edirdi " deyib.

İranın Fars Xəbər Agentliyinin xəbərinə görə, Abdullah Sadiqi: "Ərdoğan Sionist rejimin əlində bir kuklaya dönüb, lakin son zamanlarda artıq oyandığını görürük" deyib.

Rafiq Qənbərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir