Modern.az

Göyçay sakini qohumunu BIÇAQLADI

Göyçay sakini qohumunu BIÇAQLADI

Hadisə

24 Mart 2025, 12:10

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Bığır kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat