Modern.az

Əraqçinin Ermənistana səfər proqramı açıqlandı

Əraqçinin Ermənistana səfər proqramı açıqlandı

Dünya

24 Mart 2025, 13:38

İranın xarici işlər naziri Abbas Əraqçinin Ermənistana səfər proqramı açıqlanıb.

Modern.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, martın 24-25-də Abbas Əraqçi İrəvanda səfərdə olacaq. O, martın 25-də rəsmi görüşlər keçirəcək.

A.Əraqçinin bunun ardınca ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. Onun İrəvana ziyarəti çərçivəsində “Danışıqların gücü” adlı kitabının təqdimat mərasimi də keçiriləcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi