Modern.az

Türkiyə şərt qoyub: Kəlbəcər azad edilmədən Ermənistanla sərhədlər açılmayacaq

Türkiyə şərt qoyub: Kəlbəcər azad edilmədən Ermənistanla sərhədlər açılmayacaq

20 May 2010, 10:20

Ötən ilin okrtabrında İsveçrənin Surix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanmasına və sərhədlərin açılmasına dair imzalanan protokollar hələ ki dondurulmuş vəziyyətdədir. İndi bu protokollar bəzi yerli və xarici ekspertlər tərəfindən dünya dövlətlərinin yaratdığı yeni problem kimi də dəyərləndirilir. Düzdür, hadisələrin gedişi bu protokolların tam şəkildə qapadılmasını təsdiq etmir.

Protokollar imzalanmazdan əvvəl Türkiyənin Ermənistanla sərhədlərini hələ 1993-cü ildə məhz Kəlbəcərin işğal olunmasına görə bağladığı məlum həqiqətdir.

Modern.az saytına Türkiyə diplomatik dairələrindən verilən məlumata görə, son zamanlar dünyanın super gücləri Türkiyəni Ermənistanla sərhədləri tez bir zamanda açmağa məcbur etməsinin qarışılığında qardaş ölkə həm dünyanın super gücləri, həm də Ermənistan qarşısında yeni şərt qoyub. Sadə və məntiqi şərt: Türkiyə Ermənistanla sərhədləri Kəlbəcərin bu dövlət tərəfindən işğalına görə bağlayıb. Bu rayon işğaldan azad olunacağı təqdirdə sərhədlər açıla bilər. Odur ki, Kəlbəcər işğaldan azad edilməyənə qədər sərhəhədlərin açılmasından söhbət gedə bilməz.

 

Türkiyənin diplomatik qaynaqları onu da bildirir ki, dünya dövlətləri, Ermənistan bu məntiqli arqumentin qarşısına alterntiv çıxara bilmir. Odur ki, Ermənistan tərəfindən işğal edilımiş  Azərbaycan torpaqlarının boşaldılmasından söhbət gedirsə, öncə Kəlbəcər boşaldılacaq. Kəlbəcər və Laçını danışıqlar peosesinin gedişində oyun quraraq özününküləşdirmək istəyən Ermənistan indi Türkiyə qarşısında siyasi mübarizədə arqumentsiz qalıb. Kəlbəcərin həm strateji, həm də digər əhəmiyyətli tərəfləri Ermənistanın bu bölgədən vaz keçməməklə istahlandırmışdısa, artıq dünya dövlətlərinin basqısı və Türkiyənin mövqeyi Ermənistanı Kəlbəcəri azad etməyə məcbur edə bilər.  

Xatırladaq ki, 1993-cü ildə Kəlbəcərin zəbt edilməsindən sonra Türkiyə Azərbaycanı sigər bölgələrini də  işğaldan qorumaq üçün Ermənistanla sərhədlərini bağladı. Türkiyə-Ermənistan sərhədinin ümumi uzunluğu 325 kilometrdir. Türkiyə-Ermənistan sərhədində hazırda qapalı olan iki sərhəd qapısı var. Bu qapılardan biri avtomobil yoluna, digəri dəmiryoluna açılır.

Beynəlxalq ekspertlərin hesablamalarına görə, sərhədlərin bağlı olması Ermənistan iqtisadiyyatına ildə 700 milyon dollardan artıq ziyan vurur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi