Modern.az

Ekoloji yay məktəbləri təşkil olunacaq

Ekoloji yay məktəbləri təşkil olunacaq

20 May 2010, 11:49

Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında əsas məqsədi gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq edən “Ekoloji yay məktəbləri” təşkil edəcək.

            Mərkəzdən Modern.az-a verilən məluamata görə, yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.

             Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən “Ekologiya ili” çərçivəsində keçiriləcək bu tədbirlərdə yüzlərlə gəncin iştirakı təmin olunacaq və onlar əsasən müxtəlif regionlardan seçiləcəklər. O, yay məktəblərinin keçirilməsinin ölkəmizdə həyata keçirilən ekoloji maarifləndirmə işinə böyük töhfə olacağı ilə yanaşı, ictimaiyyətin də ekoloji tərbiyəsi işinə təkan verəcəyini xüsusi qeyd edib.

            Qeyd edək ki, yay məktəbləri Qəbələ, Quba və Lənkəran şəhərlərində keçiriləcək. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir