Modern.az

Fəlakət zonası rayonları üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

Fəlakət zonası rayonları üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

Ölkə

20 May 2010, 12:20

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kür və Araz çaylarının daşmasından zərər çəkmiş rayonlar üzrə (Sabirabad, Şirvan, Zərdab, İmişli, Neftçala, Saatlı, Salyan, Kürdəmir, Hacıqabul) əmək pensiyalarının maliyyələşdirilməsini tam başa çatdırıb. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat veriblər. DSMF tərəfindən baş vermiş təbii fəlakət nəticəsində yaşayış yerini itirmiş ailələrə pensiyaların çatdırılması xüsusi nəzarətə götürülüb. Belə ki, DSMF-nin qeyd olunan rayonlar üzrə şöbələri bu istiqamətdə müvafiq işləri həyata keçirmək və prosesi sürətləndirmək üçün tədbirlərin icrasına başlayıblar.

Öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş insanlara əmək pensiyalarının təcili çatdırılması üçün pos-terminallar və digər vasitələrdən istifadə olunur. Eləcə də pensiyaçılarla daimi təmasda olmaq, onlara mənəvi-psixolojı yardım etmək, müraciətlərini operativ həll etmək məqsədilə yerlərdə xüsusi işçi qruplar təşkil olunub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü