Modern.az

122 saylı Xankəndi Seçki Dairəsinin neçə seçicisi var?

122 saylı Xankəndi Seçki Dairəsinin neçə seçicisi var?

20 May 2010, 13:42

122 saylı Xankəndi Seçki Dairəsinin sədri Allahverdi  Doluxanov Modern.az-a bildirib ki, 2009-cu ilin  statistikasına görə bu dairənin 4 min 539 nəfər seçicisi var.

Allahverdi Doluxanov qeyd edib ki,  Xankəndindən olan məcburi köçkünlərin sayı təxminən 18 min nəfərdir. Maraqlıdır, 18 min nəfərin niyə cəmi 4 min 539-u seçici olur? A.Doluxanovun sözlərinə görə, mu məsələ onları da  düşündürür. “Məsələ ondan ibarətdir ki, 1988-ci ildə xankəndililər məcburi köçkün düşüb. Onlar ilk məcburi köçkünlər olduğundan republikanın müxtəlif ərazilərində pərakəndə şəkildə məskunlaşıblar. Qeydiyyatda problemlər oldu. Xarici ölkələrə də gedənlər olub. Bu səbədən də hamının seçici siyahısına düməsi ilə bağlı ciddi problemlər var”. 

122 saylı Seçki Dairəsi sədri deyib ki, hazırda xankəndililərin siyahiya alınması davam etdirilir.

“Ola bilsin ki, seçkilərə qədər 4539 rəqəmi dəyişə bilsin. Çünki o vaxtadək dünyasını dəyişən də, seçki hüququ qazanan şəxslər də ola bilər”.

A.Doluxanov onu da əlavə edib ki, 122 saylı Xankəndi Seçki Dairəsindəki səsvermədə təkcə azərbaycanlılar deyil, eyni zamanda Xankəndidən olan erməni əsilli Azərbaycan vətəndaşları da seçkilərə qatıla bilərlər. “İndiki vaxta erməniləri götürüb bura gətirmək mümkün deyil, həm də bu arzuolunan məsələ deyil. Bütün torpaqlarımız azad olunsun və 122 saylı Seçki Dairəsi Xankəndinin özündə fəaliyyətə başlasın”.

Seçki Dairəsinin sədri Dağlıq Qarabağdakı separatçı rejimin keçirmək istədiyi qondarma “seçkilərə” də münasibət bildirib. Qeyd edib ki, bu ermənilərin növbəti qeyri-qanuni addımıdır: “Dünyanın heç bir ölkəsi bu seçkiləri tanımayacaq. Məsələ ilə bağlı dairənin hər hansı etiraz məsələsi qaldırmasına gəlincə, bu bizim  səlahiyyətimizdə olan məsələ deyil. Bizdən yuxarı qurum Mərkəzi Seçki Komissiyasıdır. MSK bu işlə məşğul olur”. A.Doluxanov deyib ki, ola bilsin yaxın müddətdə Xankəndinin icra strukturları yaradıla bilər. Artıq bununla bağlı müəyyən söhbətlər gedir. “Şəxsən mən bu məsələnin tərəfdarıyam. Çünki işğal olunmuş bütün Azərbaycan rayonlarının hər birinin icra strukturları fəaliyyət göstərir. Ancaq Xankəndinin icra qurumu yoxdur. Xankəndililər pərakəndə halda yaşayırlar. İcra strukturunun yaradılmasını şərtləndirən digər amil də odur ki, xankəndililər kompakt halda bir-biri ilə əlaqə saxlaya bilərlər”. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi