Modern.az

Fəlakət zonasından 300-ə yaxın məcburi köçkün köçürülüb

Fəlakət zonasından 300-ə yaxın məcburi köçkün köçürülüb

Təhsil

20 May 2010, 14:49

Təbii fəlakət zonalarındakı bütün məcburi köçkünlərə lazımi köməklik göstərilib. Daşqınlardan əziyyət çəkən rayonlardan olan məcburi köçkünlər vaxtında köçürülüb və təhlükəsiz rayonlarda yerləşdiriliblər. Bu barədə jurnalistlərə Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. (ANS).

"Azərbaycanın Saatlı və Sabirabad rayonlarından 300-ə yaxın məcburi köçkün başqa yerə köçürülüb, onların hamısı yaxınlıqdakı rayonlarda yaşayan qohumlarının və yaxınlarının yanlarına köçürülmələrini xahiş ediblər. Biz onların köçürülmələri üçün lazımi şərait yaratdıq" deyə Ə. Həsənov bildirib.

Dövlət Komitəsinin sədrinin sözlərinə görə, təbii fəlakətdən daha çox Göygöl rayonundan olan məcburi köçkünlər əziyyət çəkib: "Biz onlar üçün Goranboy rayonunun Veysəlli kəndində yer ayırdıq, lakin onlar bizdən yerində kömək göstərilməsini xahiş etdilər. Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə bunun üçün lazımi şərait yaradıldı",- deyə Ə. Həsənov qeyd edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı