Modern.az

Dövlət qurumunda yoxlama APARILIR

Dövlət qurumunda yoxlama APARILIR

Aktual

7 Aprel 2025, 13:48

Azərbaycan Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində audit keçirir.

Modern.az xəbər verir ki, bu barədə "Report"a palatadan məlumat verilib.

"Hazırda audit prosesi davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir", - cavabda qeyd olunur.

Xatırladaq ki, aprelin 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı