Modern.az

Bakıda 7 aylıq uşaq üzərində mürəkkəb cərrahiyyə əməliyyatı aparılıb

Bakıda 7 aylıq uşaq üzərində mürəkkəb cərrahiyyə əməliyyatı aparılıb

20 May 2010, 16:45

Azərbaycanda uşaq cərrahlarının bilik və təcrübələrinin artırılması məqsədi iki həftəlik seminar öz işinə başlayıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən seminarda bölgələrdən gələn 30-a yaxın uşaq cərrahı iştirak edir. Seminarda iştirak edən Türkiyənin Ege Universitetinin mütəxəssisləri yerli həkimlərə mühazirələr oxuyur, ölkələrinin pediatriya sahəsində əldə etdiyi yeni nailiyyətlər haqda məlumat veriblər. Seminar çərçivəsində türkiyəli və yerli mütəxəssislərin iştirakı ilə 7 aylıq uşaq və 15 yaşlı pasiyent üzərində mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib. Qonaqlar Azərbaycandakı tibb müəssisələrində yaradılmış şərait və mövcud tibbi avadanlıq ən müasir üsullarla uğurlu əməliyyat aparmağa imkan verdiyini xüsusi ilə vurğulayıblar. Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir