Modern.az

Onlar bizi bağçaya biz onları…

Onlar bizi bağçaya biz onları…

31 Yanvar 2014, 17:53

Azərbaycanda bir neçə dəfə qocalar evinə reportaj hazırlamaq üçün getmişdim. O zamanlarda hər reportajdan sonra xeyli müddət özümə gələ bilməmişdim. Bizi dünyaya gətirən insanları soyuqanlılıqla bu evlərə qoyuruq. Hətta bu qədər etibarsızlğgımza baxmayaraq, gözlərinin dərinliyində övlad həstəri yatan bu insanalar yenə də bir bəhanəylə onları atan övladlarını müdafə edir. Çoxdandı ki, belə ağır hiss keçirməmişdim.

Qərib ölkədə gənc yaşından dul qalmış anamdan uzaqda onun həsrətin çəkdiyim bir vaxtda Türkiyədə hüzur evinə gedirəm. Bir tanışımın atasını ziyarət etməyə…
Əslində elə o gün tanıdığım insanın atasının hüzur evində yaşadıgını öyrənirəm. Mənə atamın öz seçimidir desə belə, onunla bağlı ürəyimdəki qapı bağlanır. Ziyarət edirik və geri dönürük.

Mənim ürəyim isə hüzur evi deyilən o həsrət yuvasında qalır. Gələndən düçünürəm ora niyə hüzur evi deyilir ki?  İnsan dünyaya gətirdiyi, min bir zəhmətlə böyütdüyü övladlarını bağrına basmırsa, nəvələrini qucağına alıb oynatmırsa, onlara baxıb fəxrlə “oglum, qızım” demirsə hansı hüzurdan, xoşbəxtlikdən bəhs etmək olar? 
Ona hörmətlə salam verən yaxını yoxdursa, onun üçün bir qazan sup qaynamırsa, arayıb soranın olmadığı bir yerdə necə xoşbəxt və hüzurlu olmaq olar? 

Əslində biz öz başımızda bir məfhum yaratmışıq. Bu talesizlər yuvasına “Hüzur evi”, “Qocalar evi” deməklə ixtiyar yaşlı insanların doğrudan da rahat olacağı yalanı ilə özümüzü aldatmışıq.

Hələ çoxumuz da düşünmük ki, nə var burda. Bax nə gözəl yeyib-içib yatırlar. Halbuki, insan  heyvanlar kimi yeyib-içib, sonra da yan gəlib yatan və bununla səadətə qovuşan  məxluq deyil. İnsan övladları, nəvələri, hətta nəvələrinin övladları ilə, isti ocağında sevgi ilə qarşılanan və bundan hüzur tapan varlıqdır.

İldə bir dəfə bayramda, ya özəl günlərdə onları arayıb soran rəsmilər və qeyri-rəsmilərin diqqəti xoşbəxt etməz bu insanları. Ya da ildə bir dəfə ana-ata günündə əllərinə verilən bir çiçəklə və ya hədiyyə ilə bu insanalrın içindəki həsrət atəşi sönməz, hicranı dinlənməz. Yaşlı və atılmış bu insanalar övlad ilgisinə, təbəssümünə möhtacdır. Yemək, içmək, isti yataq heç vaxt mənəvi ehtiyacları ödəməz…

Hüzur evi, qocalar evi, kimsəsizlər evi… Bu evlər insanın öz kasıb komasını əvəz etməz. Atasını, anasını bu evlərə göndərən övladlar axı onlar bizim əlimizdın tututub bağcaya, məktəbə aparıb. Biz onların arxalarından kimsəsizlər evinə itələmişik…

Neçə gündü o yaşlı atanın yanından dönmüşəm. İçimdəki hüzur pozulub, o insanın övladına baxdığı həsrətli baxışlarından…

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür