Modern.az

Daha 153 sakin Sarıcalıya yola salındı

Daha 153 sakin Sarıcalıya yola salındı

10 Aprel 2025, 07:10

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

 

Modern.az xəbər verir ki, bu gün 39 ailə (153 nəfər) Sarıcalı kəndinə köçürülür.

 

Bərdə rayonundan – 4 ailə (18 nəfər), Bakı şəhərindən – 22 ailə (85 nəfər), Abşeron rayonundan – 1 ailə (6 nəfər), İmişli rayonundan – 1 ailə (6 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (2 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Ağdam rayonundan – 3 ailə (8 nəfər), Ucar rayonundan – 1 ailə (3 nəfər), Yevlax şəhərindən – 2 ailə (8 nəfər) və Biləsuvar rayonundan – 2 ailə (9 nəfər) Sarıcalıya yola salınır.

 

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 76 ailə (299 nəfər) köçürülmüş olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi