Modern.az

Rəsulzadə ideologiyasına ağız büzənlər bilməlidir ki...

Rəsulzadə ideologiyasına ağız büzənlər bilməlidir ki...

3 Fevral 2014, 01:10

Namidə BİNGÖL

130 il bundan öncə ilk demokratik Azərbaycanın qurucusu M.Ə.Rəsulzadə dünyaya gəlib. Həyat və yaradıcılıq fəaliyyəti tarixin ən mürəkkəb dövrünə təsadüf etsə də, o, Azərbaycanın şanlı tarixini yaza bildi. Bu haqda bir az sonra danışacam. Öncə, yola saldığımız həftə ərzində ölkə daxilində baş verən hadisələrə qısa nəzər salaq.

2014-cü ilin yanvar ayının ortalarından etibarən cəbhə xəttində gərginlik səngimədi. Gün ərzində atəşkəs çox ciddi şəkildə pozulur. Yola saldığımız həftənin ilk günü Milli Ordumuz növbəti şəhidini torpağa tapşırdı. Vətən sağ olsun. Erməni millətinin xisləti heç vaxt taraz olmur. Hətta vaxtilə ingilis ədiblərindən biri deyib ki, “ermənilərin abırı olmur, onlar ağdərililərin ən pisidir”. Yəni bu millətin ipinin üstünə odun yığmaq mümkün deyil. Etibardan isə söz belə, gedə bilməz.

Yola saldığımız həftədə Tovuz rayonunun Əlibəyli kənd sakinləri təhlükəli məqamla üz-üzə qalsalar da, anında sayıqlıq göstərərək baş verəcək hadisənin qarşısını alıblar. Qoca erməni kaftarı Mamiko Xocayan erməni mətbuatının yazdığına görə guya, psixoloji problemin olması səbəbindən huşsuz şəkildə sərhədi keçərək, bizimkəndə daxil olub. Ancaq tibbi müayinələr zamanı bəlli oldu ki, qoca erməninin heç bir psixoloji problemi yoxdur. Hər kəsə bəllidir ki, ermənilərin bir nömrəli silahı hiylədir. Bu dəfə də növbəti hiyləyə əl atmaqla çirkli əyin-başlı bir qoca kişini Azərbaycan sərhədindən üzübəri yola salıblar. Bu qoca Xocayanın məqsədinin nə olduğunu dəqiq kimsə deyə bilməz. Çünki bir erməni müsəlman dinini qəbul etdiyini deyirsə, deməli, niyyət və mətləbin ucunda mütləq hiylə gizlənir. Hər halda, sərhəddə hər addımbaşı ehtiyatlı hərəkət etmək lazımdır. Bu gün qoca ermənini, sabah əli silahlı kəşfiyyatçı əsgər də əvəz edə bilər.

Nədənsə, son illər müharibə şəraitində yaşayan Azərbaycanda döyüşməli olanların amma döyüşmək istəməyənlərin sorağı Suriya torpaqlarından gəlir. Bir il bundan əvvəl sələfi olduğunu deyən gənclə söhbət edirdim. Suriyaya getmək istədiyini deyirdi. Soruşdum.
- Niyə Suriyaya getmək istəyirsən?
Dedi: - Suriyaya şəhid olmaq üçün getmək istəyirəm.
- Olmaz ki, gedib Qarabağda ermənilərə qarşı vuruşasan?
- Heç vaxt Qarabağda vuruşmaram. Mənim vətənim Suriyadı..
Suriya haqqında danışarkən gözləri gülürdü, həmin gəncin. Maraqlıdır, Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında gedən qanlı döyüşlərdə əsgər kimi xidmət edən azərbaycalılar vicdanlarını nə vaxtdan hərraca qoymağa başladılar? Məgər, Xocalı soyqırımına məruz qalan yarımçıq insanların taleyi, Suriyada yarı açıq, yarı qapalı şəkildə gedən döyüşlər zamanı öldürülən insanların taleyindən bu qədər vacibdir?

Təbii ki, milliyətindən asılı olmayaraq, saysız-hesabsız qətllər zamanı axıdılan insan qanı dəhşətli mənzərə yaradır. Amma, burda məqam başqadır. Əvvəla, biz azərbaycanlılar işğala məruz qalmış millətik. Digər tərəfdən də iki dövlət arasında dövlərlərarası əlaqələrin zəifləməsi, münasibətlərin daimi gərginlik həddində saxlanılması mövcudluğu, reallığın görünən tərəfidir. Gərginliyin görünməyən tərəflərindən danışmaq isə çətindir. İndi hər bir azərbaycanlını bir məsələ narahat edir. Azərbaycan ailəsində böyüyən gənc tarixi həqiqəti görməzlikdən gəlir. Kimdir günahkar?

İndi isə qayıdaq həftənin əsas hadisəsinə. Yola saldığımız həftə M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə yadda qaldı. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublikanı quran görkəmli şəxsiyyəti məzarının başında deyil, ucaldılan heykəlinin önündə yad etdilər. Birinci dünya savaşı hələ bitməmişdi. İnsanlar aclıq və səfalətin içində aciz idilər. Şərq yatsaydı belə, yuxusuna girməzdi, demokratik respublika yaratmaq. Amma siyasi burulğanın axarına qoşulub millətin ideoloji təfəkkürünü qəflət yuxusundan ayıldan M.Ə.Rəsulzadə tarixin şanlı səhifəsini yaza bildi. Bu gün o, bizim aramızda yoxdu.

M.Ə. Rəsulzadə ideologiyasına ağız büzənlər və onun ideologiyasını qəbul etməyənlər bilməlidirlər ki, Azərbaycan xalqı ilk müstəqilliyini, suverenliyini çar Rusiyasının əsarətindən azad olmağın qısa da olsa, sevincini yaşadı. Respublikanın cəmi 23 ay fəaliyyət göstərməsinin səbəblərindən biri də hakimiyyət daxilindəki qaldıran intriqaların sayəsində baş verdi. Təbii ki, sonda daxili sabitliyin pozulmasından faydalanan xarici qüvvələr oldu. M. Ə. Rəsulzadə isə 1955-ci ilin martında da Türkiyənin Ankara şəhərində torpağa tapşırıldı.

Yanvarın 31-də M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Ölkənin iqtidar, müxalifət nümayəndələri M.Ə.Rəsulzadəni yad etdilər. Təəssüf ki, Rəsulzadəni yad etmək üçün ayrı-seçkilik öz işini gördü. M.Ə.Rəsulzadənin xatirəsinə nə iqtidar, nə də müxalifət bir arada təmsil olundu. Heç müxalifətin özü də həmrəy ola bilmədi. 2013-cü il mayın 28-də Demokratik Qüvvələrin təsis etdiyi Milli Şura üzvləri Novxanıya-M.Ə.Rəsulzadənin doğulduğu yerə bərabər toplaşıb odlu-alovlu çıxışlar etmişdilər. Sən demə, həmin ziyarət bərabər şəkildə sonuncu ziyarət imiş. Bəs indi nə oldu? O tarixdən bu tarixə qədər uzun zaman eləmir. Amma, siz müxalifətçilər elə hərəkət edirsiniz ki, sanki əsrlərdir arada düşmənçilik var.

“Bir kərə yüksələn bayraq bir daha enməz” deyib M.Ə.Rəsulzadə. Görünür, 1918-ci ildə qurulan respublikanın təsis etdiyi Milli Şuradan fərqli olaraq, bugünkü Demokratik Qüvvələrin təsis etdiyi Milli Şura arasında daxili sabitlik yoxdursa, birlik və bərabərlik ideyaları uzunömürlü olmayacaq. Bayraq bir dəfə dalğalanır, əgər yerə enmə varsa, deməli, daxili sabitlik formal olaraq, qaydasındadır. Həmçinin, müxalifətin görünən formal daxili müstəqilliyi kimi.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər