Modern.az

Səfər qrantları və Azərbaycan həqiqətləri

Səfər qrantları və Azərbaycan həqiqətləri

Qarabağ

20 May 2010, 19:11

 

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Qurumun mətbut xidmətindən verilən məlumata görə Şura sədri Azay Quliyev layihələrə ayrılan maliyyə vəsaitinin effektiv xərclənməsi, səfər qrantları və Qarabağ münaqişəsinə aid Azərbaycan həqiqətlərinin təbliğində Şuranın dəstəyindən səmərəli istifadə məsələlərindən danışıb.

 

Şura üzvləri Tahir Süleymanov, Əliməmməd Nuriyev, Rəna Mirzəzadə, Gülnarə Hüseynova, Dilarə Əliyeva və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini bildiriblər.

  Qeyd edək ki, cari məsələlər sırasında Şura üzvləri ayrı-ayrı kollektivlərlə görüşlərin təşkili və vətəndaş cəmiyyəti dəyərlərinin təbliği haqda fikir mübadiləsi aparılıb. Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı