Modern.az

Şaxtalı havada hərbi xidmət rejimi necə olmalıdı?

Şaxtalı havada hərbi xidmət rejimi necə olmalıdı?

Aktual

3 Fevral 2014, 15:11


Son günlər havaların kəskin soyuması əlaqədar bəzi iş yerlərində fasilələr, hərbi hissələrdə bəzilərində isə xidmət saatı azaldılıb. Dağlıq rayonlarında yarım metrə qədər qarın yağması və temperaturun mənfi 30 dərəcəyə qədər enməsinə baxmayaraq? həmin ərazilərdə yerləşən əksər hərbi hissələrdə əsgərlərin xidmət müddətində heç bir dəyişiklik edilməyib.

Azərbaycanda mövcud əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatanda, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında iş dayanmalıdır. Əmək Məcəlləsinə əsasən, iş rejimi temperatur yalnız müsbət 41 dərəcəyə çatanda və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyənlərə müəyyən olunmuş qaydada fasilələr verilməli və iş dayandırılmalıdır. Eləcə də hərbi hissələrdə havanın temperaturu nəzərə alınaraq müəyyən dəyişikliklər edilməlidir. Qarovul Xidməti nizamnaməsinə görə, havanın temperaturu mənfi 20 dərəcədən aşağı, istidə isə müsbət 30 dərəcədən yuxarı olarsa xidmət müddəti bir saata kimi endirilir.

Modern.az məsələyə aydınlıq gətirməyə çalışıb.  

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, hər bir fəslə uyğun olaraq təlimatlar müəyyən olunur. Onun sözlərinə görə, yayın qızmar vaxtlarında nazirin və ya rəhbər şəxslərin göstərişi ilə hərbi heyətin günəş altında qalması və ya təlim keçməsində müəyyən göstərişlər verilir. Ekspert deyir ki, əgər əsgərlər postlarda 2 saat qalırdılarsa soyuqlarla əlaqədar xidmət müddəti azaldılır. Hərbçilərin geyimlərində də dəyişiklik edilib. “Təbii ki, postu da boş buraxmaq olmaz. Düşünürəm ki, bunları nəzərə alaraq güc strukturları bunları çox diqqətli olmalıdırlar. Çünki bir neçə il bundan öncə, xüsusən Müdafiə Nazirliyində bir neçə əsgərimiz donvurmadan dünyasını dəyişdi, bir neçəsi isə bəzi xəsarətlər alaraq ordu sıralarında tərxis olundu. Odur ki, havaların belə soyuması ilə bağlı bütün bunlar nəzərə alınır və komandalıq məsuliyyət daşıyır. Bildiyimə görə bu yaxınlarda Müdafiə Nazirliyi bəzi hərbi hissələrdə lazım olan yanacağın , qaz, odun və s. miqdarını artırıb. Odur ki, soyuqların düşməsi hərbi hissələrdə də nəzərə alınır”.

Xidmətin dayanmasının mümkünsüz olduğunu deyən ekspertin sözlərinə görə, şaxtalı havalarda yalnız xidmət müddəti azaldıla bilər. “Havaların belə şaxtalı olması ilə əlaqədar əsgərlərə xüsusi geyimlər verilməlidir. Təbii ki, həmin geyimlər verilir. Amma bunu daha yüksək səviyyəyə çatmasını istərdim”, – deyə Üzeyir Cəfərov bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə sorğumuza cavab veriləcəyi bildirilib.

Gültəkin ƏLƏSGƏR   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?