Modern.az

“Hər bir uşağın hüququ var!” Milli Kampaniyası başlayır

“Hər bir uşağın hüququ var!” Milli Kampaniyası başlayır

21 May 2010, 10:24

Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində “Hər bir uşağın hüququ var!” Milli Kampaniyasına başlayır. Qurumdan Modern.az-a verilən məlumata görə, kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.

 

“Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində ilk tədbir olaraq 22 may 2010-cu il tarixdə Bakı-Xaçmaz istiqamətində avtobus turu reallaşacaq. Bakıdan 30 nəfər uşaq Şabran, Quba və Xaçmazda öz həmyaşıdları ilə görüşəcək, uşaqların hüquqları və iştirakına dair müzakirələr aparacaqlar. Bu görüşlərdə 500 nəfərin iştirakı gözlənilir. Avtobus turunun iştirakçıları Qubadakı Soyqırım Məzarlığını da ziyarət edəcəklər.   

 

Cari il ərzində daha 10 regiona avtobus turunun təşkili nəzərdə tutulub. 

“Hər bir uşağın hüququ var!” Milli Kampaniyasına başlaması münasibətilə “NUR” UGİB sədri Sevinc Muradova deyib ki, uşaqlar bütün nemətlərin ən şirini, bütün varlıqların ən qiymətlisidir, həm də ən çox qayğıya və müdafiəyə ehtiyacı olanlardır. Məhz uşaqların inkişafı və sosial dəstəyi dünyanın gələcəyini müəyyən edəcək və heç bir məsələ uşaqların mövcudluğu və inkişafından vacib deyil. Uşaqların böyüyərək məsuliyyətli və layiqli vətəndaş kimi yetişmələri, cəmiyyətin inkişafında əvəzsiz rollarını oynaya bilmələri üçün onlar inkişaf və iştirak hüquqlarından istifadə etməlidirlər. Uşaqların hüquqlarının təmini bir başa və ya dolayısı ilə hər bir insanın həyatına toxunur. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?