Modern.az

Fəlakət zonasında xilas edilənlərin sayı 70-ə çatıb

Fəlakət zonasında xilas edilənlərin sayı 70-ə çatıb

Təhsil

21 May 2010, 11:50

May ayının 6-dan 7-nə keçən gecədən (Şirvan  şəhərinin Bayramlı qəsəbəsində Kür çayının  məcrasından çıxaraq bəndi dağıtmasın) başlayaraq Azərbaycanda daşqın fəlakəti yaranıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, o vaxtdan indiyədək hadisə yerlərində mərkəzləşdirilmiş qaydada zəruri tədbirlər həyata keçirilir ki, fəlakətin miqyası geniş olmasın.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə  Kürün deltasından daşqına məruz qalan əraziyədək havadan müşahidələr aparılır. Bu günədək təkcə Fövqəladə Hallar Nazirliyi tərəfindən fəlakət zonasına 2000-ə yaxın şəxsi heyət , 300-dən artıq müxtəlif növ texnika, həmçinin 4 helikopter, 17 xilasetmə qayığı və 2 kater cəlb olunub.

Nazirliyin məlumatına görə, daşqın suları altında 1900-ə yaxın ev, 5000 hektara qədər əkin sahəsi qalıb, 13 mindən çox əhali təxliyə edilib. Fəlakət zonasından köçürülmüş insanlar Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti qurulmuş çadır düşərgələrində və digər yerlərdə yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə tədbirləri nəticəsində daşqınlar zamanı  insan tələfatının baş vermədiyi bildirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən 65, Aviasiya Xidməti tərəfindən isə 5 nəfər xilas edilib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi