Modern.az

Sel suları dəmiryolunun sökülməsinə səbəb olub

Sel suları dəmiryolunun sökülməsinə səbəb olub

Təhsil

21 May 2010, 13:00

Kür çayının məcrasından çıxması  və  suyun səviyyəsinin qalxması ilə əlaqədar  bütün nəqliyyat-yol kompleksi, o cümlədən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejiminə keçib. Daşqınlar nəticəsində dəmir yolunun Şirvan-Astara  istiqamətində problemlər yaranıb. Artıq məlum olduğu kimi , 9 may saat 16. 30-dan etibarən  Astara istiqamətində qatarların hərəkəti dayandırılıb.
Nəqliyyat Nazirliyinin məlumatına görə, Osmanlı-Azadkənd mənzilini sel suları basdığına görə  15-ci km-də subasmanın qarşısını almaq üçün yarılan yol yatağı 80 metrə qədər genişlənib. Son  məlumata görə, həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı sel suları nəticəsində çökməyə məruz qalıb. Artıq bərpa işləri gedir. Daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün Osmanlı-Azadkənd mənzilini 15-ci kilometrində yeni körpünün salınmasının və yolun bərpasının layihəsi hazırlanır.
Ümumiyyətlə, 6-7may 2010-cu ildə Kür çayının daşması ilə əlaqədar  Şirvan-Osmanlı və Azadkənd sahəsində dəmir yolunda görüləcək işlər aşağıdakılardan ibarətdir: 2 ədəd 2000 mm-lik dəmir-beton borunun tikintisi; 100 p/m. yolun torpaq yatağının bərpası; 100 p/m. yolun üst quruluşu elementlərinin (rels şpal, bərkidicilər və ballast qatı) quraşdırılması; 10 km məsafədə torpaq yatağında yaranmış bir tərəfli yatmaların ləğv olunması; rabitə və yan elektrik xətlərinin bərpa olunması.
Bu arada dəmir yolunun Şirvan-Astara istiqamətində daşqınların yaratdığı fəsadlar artmaqda davam edir. Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrlərində  də subasmanın qarşısını almaq məqsədi ilə  dəmir yolunun yatağının altından suyun digər istiqamətə ötürülməsi dəmir  yolu xəttinin altından yol açılıb. 

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi