Modern.az

Tələbələr arasında məqalə müsabiqəsi elan edildi

Tələbələr arasında məqalə müsabiqəsi elan edildi

21 May 2010, 14:55

Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisi və Gənclər üçün Təhsil Mərkəzi Avropa İnsan Hüquqları Məhkəməsinin 60 illik yubileyi ilə əlaqədar hüquq və beynəlxalq hüquq fakültəsinin tələbələri arasında məqalə müsabiqəsi elan edib.

Mərkəzdən Modern.az-a bildirilib ki, məqalə müsabiqəsinin əsas məqsədi tələbələrin Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.

            Yalnız hüquq və beynəlxalq hüquq fakültəsinin bakalavr və magistrlərinin iştirak edə biləcəyi bu müsabiqəyə təqdim edilən məqalələrin mövzusunun seçimində iştirakçılar sərbəstdirlər.

Mərkəzin direktor müavini Elnur Axundovun məlumatına əsasən müsabiqəyə təqdim olunacaq bütün məqalələr 21 iyun 2010-cu il tarixindən etibarən ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalələr mətbuatda dərc olunacaq.

Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə xüsusi diplom və hədiyyələr təqdim olunacaq.  

 

Məqalələr 3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompyuterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmalıdır.

Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan dilində təqdim olmalıdır.

Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 21 iyun 2010-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə “Tələbə” qəzetinin növbəti sayında dərc olunacaq.

Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə xüsusi diplom və hədiyyələr təqdim olunacaq.  

 

Məqalələr 18 iyun 2010-cu il, saat 17:00-dək qəbul ediləcək.

Məqalələr aşağıda göstərilmiş ünvanla yanaşı, [email protected] elektron poçt ünvanına da göndərilə bilər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir