Modern.az

2 günlük Vergi Forumu öz işinə başlayıb

2 günlük Vergi Forumu öz işinə başlayıb

6 Fevral 2014, 16:55

Modern.az xəbər verir ki, bu gün  Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda 2 günlük Vergi Forumu öz işinə başlayıb. Forumun “Vergi inzibatçılığında partnyorluq münasibətləri” və “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı sessiyalarında dövlət orqanlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Niderland Krallığının, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edinlər.

Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, Forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.

"Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda III Vergi Forumu sabah öz işini plenar iclasla davam edəcək.

 

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub