Modern.az

Kim ki yüz il yaşamırsa... - Alma-vitamin və sağlamlıq mənbəyi

Kim ki yüz il yaşamırsa... - Alma-vitamin və sağlamlıq mənbəyi

Aktual

6 Fevral 2014, 23:38


Almaya çox vaxt meyvələrin şahı da deyilir. Bu adın kim tərəfindən qoyulduğu məlum olmasa da həmin şəxs öz fikrində qətiyyən yanılmayıb. Həqiqətən də almanın insan orqanizmi üçün faydasını biləndə almanın meyvələrin şahı olmasına heç bir şübhən qalmır. Onlar hansılardır?

1.Alma orqanizm üçün vacib olan bir çox vitaminlərin təbii mənbəyidir.

2. Tərkibindəki mikroelementlərə görə alma ürəyi cavanlaşdırır, qan dövranını tənzimləyir.

3. Yüksək qan təzyiqindən əziyyət çəkənlərə almadan daha çox istifadə etmələri məsləhətdir. Alma xolestrolun miqdarını aşağı salır.

4. Köklükdən və piylənmədən yaxa qurtarmaq üçün daha çox alma yemək lazımdır. Alma ilə pəhriz saxlamaq arıqlamaq istəyənlərə ən yaxşı vasitədir.

5.  Alma revmatizm xəstəliyi üçün də olduqca faydalıdır.

6. Hər gün iki-üç alma yeməklə siz dərinizin sağlam və təravətli görünməsinə nail ola bilərsiniz.

7. Əgər mədə turşuluğunun çox olmasından və mədə xorasından şikayətiniz varsa almanın şirin növlərinə üstünlük verin.

8. Alma yorğunluğu aradan qaldırır, bədənin enrjisini bərpa edir.

9. Almanı qabıqlı yemək daha məqbuldur.

10. Qaraciyərin, öd kisəsinin fəaliyyətinin yaxşılaşması üçün alma faydalıdır.

11. Oynaq ağrılarının aradan qaldırılmasında və profilaktikasında almadan istifadə etmək məsləhətdir.

12. Alma yeməklə həzm prosesindəki problemləri aradan qaldırmaq mümkündür.

13. Alma immun sistemini gücləndirir, maddələr mübadiləsini tənzimləyir, qanda şəkərin normal səviyyədə qalmasında fəal iştirak edir.

14. Almanın insan üçün ən böyük faydalarından biri onun stressə qarşı mübarizəsidir. Gün ərzində qarşılaşdığınız xoşagəlməz hadisələrdən yaranan sinir gərginliyini aradan qaldırmaq üçün alma yemək ən effektli vasitələrdən biridir.

15. Gündəlik alma yeməklə siz bir çox xəstəliklərin qarşısını əvvəlcədən almış olarsınız.

Ən əsası alma olduqca ətirli və dadlı bir meyvədir. Özünüzü Allahın və təbiətin bizə bəxş etdiyi bu gözəl nemətdən məhrum etməyin. Məhrum etməyin ki, həm gözəl, həm də sağlam olasınız.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı