Modern.az

Müdafiə Nazirliyi ilk dəfə cəbhə xəttində mətbuat konfransı keçirib

Müdafiə Nazirliyi ilk dəfə cəbhə xəttində mətbuat konfransı keçirib

21 May 2010, 16:27

Müdafiə Nazirliyinin təşəbbüsü ilə bu gün bir qrup jurnalist və QHT nümayəndəsi cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəyə səfər edib. Modern.az-ın səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, cəbhə xəttinə yollanan KİV və QHT nümayəndələri Tərtər rayonu ərazisindəki hərbi hissədə olublar. Jurnalistlər

və QHT nümayəndələri ön xətdə qulluq edən əsgərlərin yataq, yemək, döyüş şəraitləri ilə tanış olublar,  əsgərlərlə söhbət ediblər.

Burada Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu mətbuat konfransı keçirib. E.Sabiroğlu bildirib ki, ilk dəfədir Müdafiə Nazirliyi təmas xəttində, düşmən səngərindən 3 km məsafədə mətbuat konfransı təşkil edir. Onun sözlərinə görə, bu ilin yanvarından indiyədək cəbhə xəttində 280 dəfə atəşkəs pozulub. Belə halların 33-ü cəbhənin Tərtər rayonu istiqamətində baş verib. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir