Modern.az

"Fəlakət zonasının məktəblərində buraxılış imtahanları keçirilməsə..."

"Fəlakət zonasının məktəblərində buraxılış imtahanları keçirilməsə..."

Təhsil

21 May 2010, 16:47

Mayın 21-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasının ardından jurnalistlərin suallarına cavab verən nazir Misir Mərdanov bildirib ki, daşqınlara məruz qalan rayonlarda orta məktəb məzunları üçün mərkəzləşdirlmiş test imtahanlarının keçirilməsində problem yaranacağı təqdirdə, bunu aradan qaldırmaq mümkün olacaq: “Bu zaman həmin məktəblərin məzunlarının yekun qiymətləri onların 11-ci sinifdə sınaq imtahanları göstəricilərinin nəticələrinə görə müəyyənləşəcək”.

Təhsil naziri hazırda sel və daşqınlara məruz qalan Sabirabad və Saatlı rayonlarındakı təhsil müəssələrində müəyəən problemlərin olduğunu da qeyd edib: “Ancaq elə bir rayon yoxdur ki, bütövlükdə tədris dayansın. Şirvandan mənə bildiriblər ki, tədris normaldı. Mərkəzləşdirilmiş imtahan keçirilsin. Şəxsən özüm hər gün əlaqə saxlayıram”.

 

Təhminə Paşayeva

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür