Modern.az

Berlində “Azərbaycan Respublıkasının Dövlət Himni saatı”

Berlində “Azərbaycan Respublıkasının Dövlət Himni saatı”

21 May 2010, 17:05

 

Sabah, mayın 22-də Berlində 28 May Respublika Günü münasibətilə “Azərbaycan Respublıkasının Dövlət Himni saatı” adlı tədbir keçiriləcək. Məlumatı Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti verib.

 

Dövlət Himnimiz səsləndirildikldən sonra tədbirin giriş sözünü AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova və Berlin Azərbaycan Kültür Ocağının sədri Hakan Ciflik deyəcəklər. Sonra "İntegra" alman dili məktəbində integrasiya kurslarının dosenti Naiba Hantel “Azərbaycan Respublikası Dövlət Himninin yaranma tarixi haqqında” məruzə təqdim edəcək. Tədbirdə Azərbaycan Respublikası Dövlət Himninin mətni və musiqisi haqqıda məlumat veriləcək, Dövlət Himnini tədbirin iştirakçıları birgə ifa edəcəklər.

Mayın 28-29-da Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi  Respublika Günü münasibətilə tədbir keçirəcək. Soydaşlarımıza və alman qonaqlara İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert təqdim olunacaq. Mayın 30-da isə əməkdar artist Teyyub Aslanov Berlində Azərbaycan muğamı və xalq mahnıları ilə çıxış edəcək.   Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!