Modern.az

Bank VTB (Azərbaycan) ASC-nin “Əhmədli” filialının açılışı oldu

Bank VTB (Azərbaycan) ASC-nin “Əhmədli” filialının açılışı oldu

İqtisadiyyat

7 Fevral 2014, 15:32


Bakı şəhərinin Xətai rayonunda fevralın 6-da Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılış mərasimi keçirildi. Filial “Əhmədli” metrostansiyasının çıxışında, paytaxt əhalisinin  sıx məskunlaşdığı ərazilərdən birində yerləşir. Yeni filialda fiziki və hüquqi şəxslər hər növ bank xidmətlərindən istifadə edə bilərlər.  

Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin bankın səhmdarları: VTB Qrupun və “AtaHolding” ASC-nin nümayəndələri iştirak ediblər. “VTB (Azərbaycan) beş ildən artıqdır ki, ölkənin maliyyə bazarında bank xidmətlərini göstərir. Bankın Baş ofisi ilə birgə altıncı satış nöqtəsi fəaliyyətə başlayıb. Digər filialların işinin səmərəliliyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, Bank VTB (Azərbaycan) ASC-nin filial şəbəkəsinin genişləndirilməsi strategiyası çox effektivdir. Filiallar kifayət qədər tez bir zamanda gəlirliyi artırır və bizim bank ölkə banklarının renkinq siyahısında mövqeyini sürətlə yüksəldir”, -  deyə İdarə Heyətinin sədri Aleksandr Yeryomin vurğulayıb. 

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding”ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi