Modern.az

Türkiyədə daha 208 FETÖ-çu saxlanıldı

Türkiyədə daha 208 FETÖ-çu saxlanıldı

6 May 2025, 12:38

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

O bildirib ki, 47 bölgədə baş tutan əməliyyat nəticəsində təşkilatla əlaqəsi olmaqda şübhəli bilinən 208 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin şifrələnmiş messencer proqramları vasitəsilə gündəlik onlayn toplantılar keçirdiyi və yaradılan şirkətlər vasitəsilə terror təşkilatı, eləcə də onun üzvlərini maliyyələşdirdiyi ortaya çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır