Modern.az

Fövqəladə Hallar Nazirliyi neft kəmərinin altından mina tapdı

Fövqəladə Hallar Nazirliyi neft kəmərinin altından mina tapdı

21 May 2010, 19:15

Mayın 21-də Bakı şəhəri, Qaradağ rayonunda Şirvan-Böyük Şor neft kəmərinin 65,8-ci kilometrliyində, boru xəttinin altında partlayıcı qurğunun aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə məlumat daxil olub.

Modern.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursatın 2 ədəd tank əleyhinə təlim minası olduğunu müəyyən ediblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə axtarış işləri aparıblar. Axtarış nəticəsində digər şübhəli əşya aşkar olunmayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir